Azərbaycanlı idmançı 500 000 dolları necə əldən verdi? - VİDEO

 Azərbaycanlı idmançı 500 000 dolları necə əldən verdi? - VİDEO

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan "Glory" Qran-prisində yarımfinalda məğlubiyyəti barədə danışıb.

Bu barədə Oxu.Az-a açıqlama verən Bəhram Rəcəbzadə bildirib ki, döyüşü həkimin qərarına əsasən dayandırmalı olub.

"Əslində, xal hesabında rəqibimdən öndə idim. Sadəcə, qaşımdan aldığım travma döyüşə davam etməyimə imkan vermədi. Həkim döyüşə davam edəcəyim təqdirdə göz damarlarımın partlama ehtimalı olduğunu və mübarizəni dayandırmalı olduğumu dedi. Öndə olduğum döyüşü belə bitirmək istəməzdim. Hazırda zədəmin sağalmasını gözləyirəm, əgər hər şey qaydasında davam edərsə, dekabr ayında yenidən döyüşəcəyəm", - deyə B.Rəcəbzadə bildirib.

Məlumat üçün bildirək ki, "Glory" Qran-prisinin mükafatı 500 000 ABŞ dollarıdır.


  

 

 

10:43 - 24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin