Toyda döyülən Kərim Abbasova kim hücum edib? - Özü açıqladı (VİDEO)

 Toyda döyülən Kərim Abbasova kim hücum edib? - Özü açıqladı (VİDEO)

Bir müddət əvvəl məclislərin birində döyülən müğənni Kərim Abbasov hadisə haqqında danışıb.

Asayis.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Kərim Abbasov "Elgizlə izlə" verilişində ev yiyəsinin yox, qonaq qismində iştirak edən iki şəxsin ona hücum etdiyini açıqlayıb: “Barmağım sınıb. Bir də gördüm, barmağım ovcumdadır.

Toyun gedişində problem olmayıb. Toy mərasimi çox gözəl keçirdi. Saat 9-10 radələri idi. Ev yiyəsi tərəfdən olan qonaqlardan biri rus dilində mahnı sifariş etdi. Mahnı rus musiqisi olduğu üçün canlı ifa edilə bilməzdi. Mən mahnını oxuyanda bir nəfər də yaxınlaşdı ki, mən də oxumaq istəyirəm. O, səhnəyə çıxdı və mikrofonu əlimdən almağa çalışdı. Mən də ona söylədim ki, bu mənim şəxsi mikrofonumdur, bu nə özbaşınalıqdır?

Mikrofonu alanda qulağına dedim ki, fonoqramdır. Gördüm, sözlərimə məhəl qoymur, içkilidir. Xahiş etdim ki, ona mikrofon versinlər. Ona başqa mikrofon verdilər, oxudu və getdi. Mənim idarə etdiyim məclislər saat 18:00-dan 00:00-a kimi olur. Ondan sonraya keçmir. Yazıblar ki, məni ev yiyələri döyüb. Xeyr, onlar kübar və hörmətli bir ailədirlər. Onlar məni döyməyib və üstümə hücüm çəkməyiblər.

Həmin 50 yaşlı bəy və onun əmisi oğlu kimi təqdim etdiyi şəxs idi. Toy bitdi, mən də avtomobilimə tərəf gedirdim. Onlar bizi qapıda saxladılar. Mənə rus dilində sual verdi ki, niyə mahnını rus dilində oxudun? Cavab verdim ki, qardaşım, belə alındı. Çünki musiqiçilər bu mahnını bilmirlər. Bu səbəbdən məcbur idim fonoqramla oxumağa.

Onun yanında olan digər şəxs dedi ki, sən niyə bizimlə belə “borzu-borzu” danışırsan? Mən onlara sakit cavab verdim ki, sizinlə normal danışıram. Həmin şəxs arxadan məni ucadan söyüşlərlə təhqir etməyə başladı. Restoranın həyətində çox sayda insan vardı. Onlar da eşitdilər.

Menecerim həmin şəxsə əsəbi halda yaxınlaşıb dedi ki, bu sözləri kimə söyləyirsən? O da dedi ki, sənə yox, Kərimə deyirəm. Mən də dedim ki, o söyüşlər sənə aiddir. Bunu eşidəndən sonra ikimiz arasında dava başladı. Qırmızı xalının ətrafında dəmir boru olur. Onu əlinə alıb, üstümə gəlməyə başladı. Musiqiçim bu anda həmin borunu onun əlindən aldı. Amma o sakitləşməyib digər borunu alıb üzərimə gəldi. Boru da o qədər ağırdır ki, kimi vursan, yerində iki yerə bölünər.

Mən həmin an qaçdım ki, mənə dəyməsin. Yaxşı ki, yanımda dostlarım vardı. Əgər tək olsaydım yəqin efirdə mənə fatihə oxuyacaqdınız.

Davamız bitəndən sonra ev yiyələri evimizə dəfələrlə gəlib, olanlarla bağlı üzrxahlıq ediblər. Mən 25 ildir məclislər aparıram, 20 ildir peşəkar səhnədəyəm. Həyatım boyu başıma belə bir hadisə gəlməyib.

Bizim ayırdılar. Təcili yardım və polis gəldi. Polisə köməkçim zəng etdi. Onlar da həmin an hadisə yerinə gəldilər”.

 

 

 

10:08 - 18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin