"Mən Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyəndə Zeynəb Xanlarova orada tələbə idi. İndi heç bir münasibətim yoxdur. Nə münasibət qalacaqdı?"
Asayis.Az xəbər verir ki, bunu Xalq artisti Ceyran Haşımova deyib.
O daha sonra əlavə edib: "Şöbə müdiri idim. Tələbələr Zeynəbdən gəlib mənə şikayət də edirdilər. Yanıma çağırıb başa salırdım ki, belə olmaz. Amma heç kimin yadına düşmürəm! Onlar məni yada salmalıdırlar da! Yada salmırlar.
90 yaşım var. Heç kimdən də incimirəm. Hər kəsin öz problemləri var. Vəfasızları da var, vəfalıları da! Elələri var ki, heç mən adda adam tanımırr. Müğənniləri dənizə atsanız, balıqlar baş vurub ordan çıxar. Onların 90 faizi vəfasızdır".
Xalq artisti qeyd edib: "Azərbaycanda yeganə qadın xalq artistiyəm ki, tarzənəm. Amma mənə "Şöhrət" ordeni verilmədi. Arzum bu idi. Nə qədər məktublar da yazdım. Cavab gəldi ki, baxılacaq. Yəqin ki, mən öləndən sonra verərlər". (moderator.az)