Parklanma zonasında olmayan maşına görə ödəniş tələb olunur? - ŞİKAYƏT (VİDEO)

 Parklanma zonasında olmayan maşına görə ödəniş tələb olunur? - ŞİKAYƏT (VİDEO)
Xüsusi parklanma zonalarının yaradılması bir yandan əhalinin işini asanlaşdırsa da, bir yandan da narazılıqlara səbəb olub. Belə ki, parklanma olan ərazilərdə nəqliyyat vasitəsini parkalayan bir sıra vətəndaşlar problemlə qarşılaşır.

Parklanma edən zaman problem yaşayanlardan biri də Şahlar Hüseynovdur.

O bildirib ki, ondan avtomobili parklanma ərazisində olmadığı müddət üçün də parklanma ödənişi tələb olunub.

“Bu gün 20 yanvar ərazisində, “Azərsu”nun yanında yerləşən 11018 nömrəli parklanma zonasında maşınımı saxladım. Daha sonra 1181 nömrəsinə SMS göndərərək 3 saat parklanma xidmətindən yararlandım və 2 manat 10 qəpik ödədim. Xidməti sonlandırdıqda həmişəki qaydada “SON” yazaraq 1181-ə SMS göndərdim. Buna baxmayaraq, yola çıxdıqdan sonra hər saatın tamamında mənə SMS bildirişi ilə parklanmamın yeniləndiyi bildirilidi. Hər dəfəsində 1181-ə “SON” yazıb SMS göndərirdim. Bu zaman da mənə cavab olaraq “parkalnma tapılmadı” mesajı gəlirdi. 141 Çağrı mərkəzinə müraciət etdim, operator məsələnin araşdırılmaq məqsədilə şöbəyə yönləndirildiyini söylədi”.
Maraqlısı budur ki, bir çox vətəndaş eyni halla qarşılaşıb.

Bu kimi anlaşılmazlıqların səbəbləri nədir?

KONKRET.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, vətəndaşın çağrı mərkəzinə müraciəti araşdırıldıqdan sonra təfərrüatlar barədə ona məlumat veriləcək:

“Vətəndaşların üzləşdiyi hər hansı bir problem 141 Çağrı mərkəzinə ünvanlanan müraciət əsasında araşdırılır və bundan sonra vətəndaşa məlumat verilir. Vətəndaş müraciət edibsə, məsələ araşdırıldıqdan sonra ona məlumat veriləcək. Təfərrüatlar da deyiləcək”.
 

 

10:52 - 13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin