10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata qət edirlər - VİDEO

 10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata qət edirlər - VİDEO
Son günlər Bakı şəhərinin əksər küçə və prospektlərində, xüsusilə paytaxtın şimal girişi və Bakı-Sumqayıt magistralına çıxan yollarda güclü tıxaclar müşahidə edilir.

Həftəsonu keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar paytaxtın mərkəzi yollarının bağlanması və ya darlaşdırılması, şəhərin cənub girişi olan Lökbatan dairəsindən mərkəzə doğru hərəkətin qadağan edilməsi və paralel olaraq bir sıra küçə və prospektlərin təmir edilməsi şəhərdə nəqliyyat gərginliyinin kəskin artmasına gətirib çıxarıb.

Sürücülər və sərnişinlər bəzi hallarda Masazır dairəsindən 20 Yanvar metrostansiyasına 10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata gəldiklərini bildirirlər. Eyni vəziyyət digər istiqamətlərdə - Ziya Bünyadov prospekti, Babək prospekti, Bakı-Sumqayıt yolu, Bakı-Şamaxı yolu, Binəqədi şosesi və digər ərazilərdə də davam edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, "Formula-1" yarışları ilə bağlı məhdudiyyət tətbiq edilən yolların bəziləri sentyabrın 11-13-ü aralığında müəyyən edilmiş pik saatlarda, bəzi məhdudiyyətlərlə açıq olacaq. Bu da müəyyən qədər nəqliyyat sıxlığının azalmasına gətirib çıxara bilər.

Daha ətraflı ARB TV-nin materialında:

 

 

15:07 - 12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin