Qadın sürücü qəza törətdi - 3 nəfər yaralandı

 Qadın sürücü qəza törətdi - 3 nəfər yaralandı

Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

Asayis.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

14:45 - 12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin