Professor Rövşən Novruzoğlu ilə bağlı iş Ali Məhkəmədə

 Professor Rövşən Novruzoğlu ilə bağlı iş Ali Məhkəmədə

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin (Rövşən Norvruzoğlu) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.   

Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə keçiriləcək prosesdə sentyabrın 11-nə təyin edilib.

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.
 
Qeyd: Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
 
İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
 
Xatırlatma: Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.

10:35 - 9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin