Bu dəfə özləri deyil, övladları deputat oldu

 Bu dəfə özləri deyil, övladları deputat oldu

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Milli Məclisin VII çağırış deputatları arasında ataları daha əvvəl millət vəkili olmuş şəxslər də var.

Modern.az-ın məlumatına görə, 60 saylı Salyan-Neftçala seçki dairəsinin sabiq deputatı Fəzail Ağamalının qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən millət vəkili seçilib.

Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev oğlu da parlamentari olub. Belə ki, Ə.Vəliyevin oğlu Samir Vəliyev 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib.

Həmçinin, digər eks-deputat Tahir Süleymanovun oğlu da seçkidə qalib gəlib. Onun oğlu Mahir Süleymanlı 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputat seçilib.

10:49 - 2 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin