Müğənni Leyla Rəhimovanın ayrıldğı həyat yoldaşı Zaur Cəlil paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, Amerikada olan Zaur qızının ad gününü tək qeyd edib. O, tortun üzərinə 4 yaş şamını qoyaraq onu üfürüb.
Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib.
Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Cütlüyün 3 övladı var.