Paşinyan erməni səfirləri AŞAĞILADI

 Paşinyan erməni səfirləri AŞAĞILADI

Ermənistanın Dilican şəhərində baş nazir, prezident, baş nazir müavinləri və səfirlərin iştirak etdiyi seminar dünən başa çatıb.

Asayis.Az xəbər verir ki, Ermənistan KİV-i tədbir barədə mətbuata ətraflı məlumat verilməməsindən gileylənib.

“Hraparak” qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, baş nazir Nikoil Paşinyan seminara çağırılan 50-dən çox erməni diplomatı aşağılayıb.

“Paşinyan mübahisəli, yarısavadlı fikirlərini istehzalı və kobud leksikonla ifadə edib, səfirlərə az qala ultimatum verib ki, onlar XİN-in əməkdaşları olmaqla baş nazirə tabedirlər, tələbə kimi göstərişlərə əməl etməyə borcludurlar. “Mənim xəttimlə razı deyilsinizsə, bunu açıq şəkildə deyib”, - deyə baş nazir bildirib. Bir neçə səfir çox mülayim şəkildə öz fikrini bildirməyə cəsarət edib, bu da eşidilməyib".

Paşinyanın diplomatik korpusda dəyişikliklər, əsasən rotasiyalar edəcəyi gözlənilir.

“Hraparak”ın əldə etdiyi məlumata görə, Ermənistanın Fransa, İsveçrə, Avstriyadakı səfirlərinin dəyişdirilməsi məsələsi müzakirə olunur. Ərəb ölkələrində fəaliyyət göstərən səfirlər arasında da rotasiya gözlənilir.

11:08 - 29 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin