Atası İbrahim Tatlısəslə aralarında soyuq münasibətlər olan Dilan Çıtak sosial media hesabından "Tatlıses" soyadını silib.
Asayis.Az xəbər verir ki, Dilan Çıtak Bodrumda yaşadığı ev üçün ondan kirayə istəyən atası ilə böyük mübahisə edib və ata-qızı arasındakı gərginlik televiziya proqramlarında verdikləri açıqlamalar, sosial media paylaşımları ilə daha da artıb.
Onu böyüdən Cem Çıtakın fotosunu "Cem Çıtak yazılır, kişi kimi oxunur" mesajı ilə paylaşan Silan Çıtak qatıldığı proqramda deyib: "Tatlıses soyadının mənim etdiyim musiqiyə heç bir faydası yoxdur".
Bundan sonra İbrahim Tatlısəs qızının qonaq olduğu proqrama "Cem Çıtak yazıb adam kimi oxunursa, mənim soyadımdan istifadə etməsin" mesajını göndərib.
Baş verənlərdən sonra Dilan Çıtak "Instagram" hesabından "Tatlıses" soyadını silib.