Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb

 Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb

KXDR-dən olan hərbçi ölkənin şərqində ölkələrarası sərhədi keçərək Cənubi Koreya Respublikasına keçib.

Asayis.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən "Yonhap" agentliyi xəbər yayıb.

İnsident avqustun 20-də yerli vaxtla səhər saatlarında Qanvondo əyalətinin Koson kəndində baş verib: "Şimali Koreyanın hərbçisi bu gün səhər tezdən hərbi demarkasiya xəttini keçib və qalmaq istəyini bildirib. Hərbçilərimiz onun demarkasiya xəttini keçdiyi vaxtdan hərəkətlərini izləyir", - agentliyin mənbəyi bildirib.

Məlumata görə, o, çavuşdur.

 

 

10:13 - 20 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin