Putin buna görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

 Putin buna görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya Azərbaycanda rus dilinin inkişafına göstərilən diqqətə böyük əhəmiyyət verir və buna görə minnətdarlığını bildirir.

Asayis.Az 
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.

“Azərbaycanda rus dilində 300 məktəb, aparıcı ali məktəblərimizin filialları fəaliyyət göstərir. 1000 azərbaycanlı gənc Rusiyanın aparıcı ali məktəblərində təhsil alır. Biz bu qarşılıqlı əlaqəni genişləndirməyə hazırıq”, - o vurğulayıb.

V.Putin, həmçinin bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya işləyir və onun sonuncu iclası 10 gün əvvəl baş tutub.

Dövlət başçısı Rusiya mədəniyyətinin ölkəmizdə təmsil olunmasından da danışıb: “Yeri gəlmişkən, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Bu işin təşkilinə görə sizə təşəkkür edirik”.

18:10 - 19 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin