Prokurorlar Argentinanın keçmiş prezidenti Alberto Fernandesi keçmiş həyat yoldaşı Fabiola Yanesi döyməkdə ittiham ediblər.
Asayis.Az xəbər v erir ki, federal prokuror Ramiro Qonzales Alberto Fernandesə qarşı "ağır bədən xəsarəti yetirmə" və "güc tətbiq etmə hədəsi" ittihamı irəli sürüb.
Onunla bağlı 30-a yaxın əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi gözlənilir. Prokuror Alberto Fernandesin villasının son iki ildəki CCTV görüntülərini tələb edib və həmçinin son dörd ildəki görüntülərin qorunub saxlanmasını istəyib.
Prokurorun sözlərinə görə, siyasətçi keçmiş birinci xanımı döyüb, onu təqib edib və alçaldıb. Alberto İttihamnamədə Fernandes tərəfindən keçmiş həyat yoldaşına qarşı doqquz zorakılıq, o cümlədən onu aborta məcbur etmək, hamilə olduğu iddia edilən zaman qarnından vurmaq, əlinə xəsarət yetirmək, ictimai yerlərdə onun gözünə zərbələr endirmək və bir sıra cinayətlər daxildir. Bildirilir ki, keçmiş prezident 2023-cü ildə ayrıldıqdan sonra onu təqib edib.
İttihamların rəsmi təqdimatından əvvəl də məhkəmə ona evinin 500 metrliyində ona yaxınlaşmağı qadağan edib. Proses zamanı eks-prezidentin Argentinanı tərk etməsi qadağan edilib.
Alberto Fernandes 2019-2023-cü illərdə Argentinanın prezidenti olub. O, özündən 22 yaş kiçik Fabiola Yanezlə 2013-cü ildə müsahibə zamanı (həmin vaxt qadın jurnalist idi) tanış olub. Onların 2022-ci ildə oğlu dünyaya gəlib.