Fəxri qarovul kimə görə düzülüb: Türkanla Zeynəb üçün?

 Fəxri qarovul kimə görə düzülüb: Türkanla Zeynəb üçün?

Müğənni Türkan Vəlizadə və Zeynəb Həsənli müzakirələrə səbəb olub. Müğənnilər bu günlərdə Özbəkistanda səfərdə olub. Onlar sosial şəbəkədə qarşılanma mərasimindən videogörüntü yayıblar. 

Videogörüntüdə müğənnilər fəxri qarovulla qarşılandıqlarını bildiriblər. Onların Özbəkistanda bu şəkildə qarşılanması sosial şəbəkə izləyiciləri tərəfindən qınanılıb. İzləyicilər özbək qızlarının elmi simpoziumlara belə milli geyimdə getdiyini əlavə ediblər: "Bunlar açıq-saçıq geyiniblər, biabırçılıqdır".

Daha bir izləyici videogörüntüyə inanmadığını deyib: "Xahiş edirəm deyin ki, montajdır, yoxsa intihar edəcəm". 

Məsələ ilə bağlı Özbəkistanda yaşayan azərbaycanlı sənətçi İlham Abdullayevlə əlaqə yaratdıq. O,  Qaynarinfo-ya açıqlamasında bildirdi ki, görüntülər Paris-2024 Yay Olimpiya Oyunlarından qayıdan idmançıların qarşılanma mərasimindəndir: 

"Özbək idmançılar Paris-2024-də 8 qızıl medal qazanıb. Həmin vaxt Özbəkistanda böyük bayram əhval-ruhiyyəsi yaşanırdı. Onları qarşılamaq üçün fəxri qarovul düzülüb. Görünür müğənnilər də həmin vaxt orada olub və hansısa tədbirə qatılıblar". 

18:36 - 14 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin