"Deputat seçilsəm, maaşımı seçicilərimlə paylaşacağam "

Xəbər verdiyimiz kimi, deputat olmaq istəyənlərin arasında Əməkdar artist Elza Seyidcahan da var. Elza Seyidcahan deputat olarsa, hansı işlər görəcək?

O, Demokrat.az-a açıqlamasında bildirib ki, görəcəyi ən yaxşı işlərdən biri maaşının seçiciləri ilə bölüşməsi olacaq:

 "Deputat seçilsəm, hər ay maaşımın yarısını seçicilərimlə paylaşacağam. Pulsuz konsertlər verəcəm. Seçicilərimin toylarında hədiyyə kimi pulsuz oxuyacağam. Rəqiblərimlə hər zaman sağlam rəqabətdə olmuşam.

Seçilsəm  Fəxri Xiyabanda uyuyan dahilərimizin musiqilərinin səslənməsi ilk təklifim olacaq. Çünki oraya gələn ölülər o musiqiləri dinləyərkən diriləcəklər və dahilərimizin də,ruhları şad olacaq”.




 

18:46 - 12 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin