Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən yüksək adla təltif edilib.
Asayis.Az-ın məlumata görə, Polad Bülbüloğlu Özbəkistan Respublikasının Xalq artisti adına layiq görülüb.
Polad Bülbüloğlu Azərbaycan və Özbəkistan arasında mədəni və digər dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə bu yüksək adla təltif olunub.
Xatırladaq ki, Azərbaycanın Rusiyadakı hazırkı səfiri Polad Bülbüloğlu hazırda 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizəddir.