Bu universitet "evlilik" fakültəsi açır

 Bu universitet

Çin hökuməti evlilik və doğum nisbətlərinin azalması ilə bağlı mübarizəni davam etdirir.

Asayis.Az xəbər verir ki, ölkə məsələnin həlli üçün universitetlərdə "evlilik" fakültəsi açmaq qərarına gəlib.

Bu payızda açılması planlaşdırılan şöbə nikahla əlaqəli sənayeləri və mədəniyyəti inkişaf etdirmək üçün peşəkarlar yetişdirmək məqsədi daşıyır.

Gənclərin evlənməkdən çəkinmələrinin səbəbi Çin iqtisadiyyatının durğunluğuna görə iş imkanlarının pisləşməsi və istehlakçı inamının azalmasıdır. (redaktror.az)

15:13 - 5 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin