Ermənistan Səudiyyə Ərəbistanına ilk səfirini təyin edib.
Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prezident Vaaqn Xaçaturyanın Fərmanı ilə bu vəzifə Karen Qriqoryana həvalə olunub.
K.Qriqoryan, həmçinin ölkənin BƏƏ-dəki səfiridir.
Qeyd edək ki, Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrında qurulub.