Aparıcı Hüsniyə Məhərrəmova Amerikada qarşılaşdığı hadisəni izləyiciləri ilə bölüşüb.
Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, o, Mayamiyə gedib. Hüsniyə küçədə yuxarıdan ayaqqabı asılan görüntünü hekayə bölümündə paylaşıb.
İzləyicilərindən birinin "Bu o deməkdir ki, bura narkotik satılan ərazidir" şərhinə Hüsniyə "Adam balası kimi yerdə qala bilmirəm ki... Pul da verirəm, rəyləri də oxuyuram, 5 ulduzlu otel də seçirəm, gəlib narkotik istifadəçilərinin məhəlləsinə düşürəm" sözlərini yazıb.