Asayis.Az xəbər verir ki, ARB 24 kanalının əməkdaşının “Fransa niyə Ermənistanı hücum silahları ilə təmin edir” sualına Makron obyektivlikdən uzaq cavab verib.
O, Azərbaycanı guya Ermənistana hücum etməkdə ittiham etməyə çalışıb.
Fransa prezidentinə növbəti sual Real TV-nin xüsusi müxbirindən gəlib:
“Beynəlxalq hüquq da sübut etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Siz nə danışırsınız? Bütün dünya görüb ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan sadəcə tarixi ədaləti bərpa edib”.
Makron isə vəziyyətdən çıxmaq üçün debata gəlmədiyini deyərək suallardan yayınmağa çalışıb.