“İnsanlar qışda eşq yaşamaq istəmirlər” - Psixoloqdan qalmaqallı açıqlama

 “İnsanlar qışda eşq yaşamaq istəmirlər” - Psixoloqdan qalmaqallı açıqlama

"Əgər fəsilləri müqayisə etsək, qış insanların tibbi olaraq “D” vitamini əksikliyinin, eyni zamanda halsızlığının yüksək dərəcədə olduğu fəsildir. Yəni, bu fəsil tamamilə depressiv hisslərin hakim olduğu bir dönəmdir”. 

Bu sözləri açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib. 

O bildirib ki, Azərbaycanda insanların əksəriyyətində “D” vitamini əksikliyi olduğu üçün qış aylarında onlar hətta özlərinin zəruri öhdəliklərini belə yerinə yetirə bilmirlər:

“Ümumiyyətl, bunlara insanın fiziki gücü çox da icazə vermir. Yay isə təbiətin bizə “D” vitaminin günəş vasitəsilə bəxş etdiyi bir aydır. Belə olan halda insanların əhvalı nisbətən daha yaxşılaşır. Küçəyə çıxmağa, gəzib dolaşmağa əhval-ruhiyyə olur və onların neçə aydır özlərini tamamən qapatdığı dönəmdə yığılan duyğuları birdən-birə üzə çıxır. Amma ilk üç fəsli bir az nigarançılıq olubsa, evdən çıxa bilməyibsə, dediyimiz kimi depressiv mod olubsa o zaman insanda müxtəlif canlanma başlayır. İnsanlar mütəmadi olaraq yeni sevgi macəraları yaşamaqdan və ya yeni münasibətlərinə cəhd etməklə bu kimi hiss tələbatlarını ödəməyə çalışırlar. Bu, özlüyündə çox normaldır”.

Psixoloq qeyd edib ki, insanların əhvalı yaxşı olanda bunu paylaşacaq insanlar axtarırlar:

“Əhvalları pis olanda isə ümumiyyətlə heç kimlə danışmağa halı olmur. Dolayısıyla nəisə bir xoş təəssürat bölüşməyə də insana ehtiyacı olmur deyə, qış dönəmində yeni eşqlərin başlaması daha az təsadüf olunur deyə bilərik”.

Demokrat.az

18:01 - 17 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin