"Gəlsəydi, onu elə orada öldürəcəkdik" - Süleyman Soylu

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən səkkiz il ötür. Həmin gecə ilə bağlı naməlum detallar üzə çıxmaqda davam edir.

Asayis.Az "Haber7"yə istinadən bildirir ki, sabiq daxili işlər naziri Süleyman Soylu iyulun 15-nə keçən gecə başına gələnləri danışıb.

O, Soner Yalçının "Oradaydım" sənədli filminin qonağı olub.

"Çankaya köşkündən çıxarkən silahımı belimə taxıb: "Bu sizin namusunuzdur, bizimkilərdən başqa kimi görsəniz, vurun", - dedim. 15 iyul çevrilişini təşkil edən şəxs Çankaya köşkünə gəlsəydi, onu elə oradaca öldürəcəkdik", - deyə bildirib.

18:32 - 12 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin