Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bununla bağlı siyasi partiyalar, müstəqil namizədlər artıq hazırlıq işləri görür və iştirak edəcəklərini açıqlayırlar.
Sabiq deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov açıqlamasında yaşı ilə əlaqədar parlament seçkilərində iştirak etməyəcəyini bildirib.
Əliağa Hüseynov deyib ki, cavanlara yol vermək lazımdır:
“İndiyədək məni dəstəkləyənlərin Allah canını sağ eləsin. Hamısı sağolsunlar. Yorulmuşam, ona görə də cavanlara yol vermək lazımdır. Görürsünüz ki, bu gün dünyada nələr baş verir, hansı siyasətlər aparılır. Həm iqtisadi, həm siyasi cəhətdən cürbəcür məsələlər baş verir. Cavan uşaqlarımız var, qoy onlara yol açılsın. İndiyədək nə eləmişik, halal xoşları olsun. Bundan sonra cavanlar Azərbaycan üçün çalışsınlar və cənab Prezidentimizin ətrafında yumruq kimi birləşsinlər. Bütün iştirak edənlərə də uğurlar arzu edirəm. Seçilməyənlər isə təəssüflənməsinlər. Qiymət xalqındır. Xalq kimi istəyərsə, onu da seçəcək. Amma nə qədər bacarıqlı insanlara yol versələr, o qədər Azərbaycanımız inkişaf edəcək”.
Demokrat.az