Asayis.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Həftənin qonağı" verilişində danışıb.
O bildirib ki, hamilə ikən əri İlham Qafarov xəbərsiz onu boşayıb:
"Ailəmin dağılması mənim üçün zərbə idi. Böyük zərbə idi, çünki bətnimdə övladım vardı. Mən bu həyatda iki ömür sürmüş insanam. Hamilə ola-ola mənə demədi ki, ayrılaq. Elə birbaşa xəbərsiz məhkəmədən boşanma ilə bağlı sənəd gəldi. O vaxt mən qərar vermişdim ki, övladımı dünyaya gətirəcəyəm. Çünki bu övlad Allahın verdiyi paydır.
Lalə boşanmasının səbəbini ərinin ikinci övladı istəməməsi ilə əlaqələndirib:
"Atası heç o uşağı istəmirdi. Əslində, əsas səbəblərdən də biri bu idi. O ikinci övladı istəmirdi. Birinci övlad da onun istəyib-istəməyini hiss eləmədim. Amma ikinci övladda konkret şərt qoydu. Heç bir şeyə görə peşman deyiləm. Bu, mənim həyatımdır və mən bunu yaşamalı idim. Hərə həyatda bir cür sınaqlardan keçir. Mən də burada sınaqdan keçdim. Yəqin ikinci övlad onun həyat fəlsəfəsinə görə uyğun deyilmiş".
Xatırladaq ki, Lalə Məmmədovanın ilk evliliyindən Çinarə və Nərgiz adlı iki qız övladı var.