Meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək üçün müraciətinin rədd edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Orxan Lökbatanlı "Qaynarinfo"ya açıqlamasında bildirib ki, dörd ay əvvəl saray rəhbərliyinə konsert vermək üçün müraciət edib, amma ona icazə verməyiblər:
"Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm. Özü də mənim konsert layihəm fərqli idi. Yəni mən tək olmayacaqdım, qonaqlarım da olacaqdı. Amma alınmadı".
Orxan Lökbatanlı müraciətinə "yox" cavabı almasının səbəbini repertuarı ilə əlaqələndirib:
"Düşünürəm ki, ancaq repertuar ola bilər. Amma saray konsert üçün məkandırsa, bu da mənim solo konsertimdir. Hamı necə, biz də elə, sənət adamları arasında ayrı-seçkilik etməzlər. İndi layihəmi həyata keçirmək üçün məkan axtarıram. Nə vaxt hansı məkanda icazə versələr, layihəmi həyata keçirəcəyəm".
Qeyd edək ki, müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək istəyiblər. Amma onlara sözügedən mədəniyyət ocağında konsert verməyə icazə verməyiblər.
Xatırladaq ki, bu barədə məlumatı aparıcı-prodüser Tarix Əliyev aparıcısı olduğu verilişdə yayıb.