20 yaşlı gəncin cinsiyyəti məcburi olaraq dəyişdirildi - İDDİA

 20 yaşlı gəncin cinsiyyəti məcburi olaraq dəyişdirildi - İDDİA

Hindistanın Uttar Pradeş bölgəsində yaşayan 20 yaşlı Mücahid adlı gəncin iddiası ölkədə gündəm mövzusuna çevrilib. 

Asayis.Az xəbər verir ki, Mücahid 2 ildir torpağını alacağı ilə hədələyən şəxs tərəfindən aldadılaraq xəstəxanaya aparıldığını və cinsiyyətinin dəyişdirilməsi əməliyyatı edildiyini iddia edib.

Xəstəxanada əməliyyat olunduğunu deyən gənc anesteziyadan oyananda cinsi orqanının olmadığını gördüyünü deyib.

NDTV-yə danışan Mücahid “Məni bura gətirdi və səhəri gün əməliyyat olundum. Özümə gələndə həqiqəti gördüm. Oyananda cinsi orqanım yox idi” ifadələrini istifadə edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

12:37 - 22 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin