Devid Bekham niyə cəngavər titulunu ala bilmir?

 Devid Bekham niyə cəngavər titulunu ala bilmir?

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin niyə cəngavər titulunu ala bilmədiyi bir kitabda izah edilib.

Asayis.Az xəbər verir ki, Tom Bowerin yazdığı “The House of Beckham” kitabındakı iddiaya görə, Bekhem danışığına diqqət etmədiyi üçün ünvan alması gecikib. 

Bekhem şəxsi e-poçtlarında onu rədd edən Şərəf Komitəsini "dəyərsiz piçlər" adlandırıb. 

Vergidən yayınma ittihamları və bu yazışmalar saraydan veto almasına səbəb olub. 

Bununla belə, Kral Çarlzın fondunun səfiri kimi sarayla münasibətlərini yaxşılaşdıran Bekhemin tezliklə “Sir” (cəngavər) titulunu alacağı gözlənilir. 

Bu halda onun həyat yoldaşı, dizayner Viktoriya Bekhem də “Lady” (Xanım) titulunu alacaq.
 

11:35 - 22 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin