"Arıqlayanda deyirlər pis yola düşmüsən?" - Emil Bədəlov

"Kökələndə deyirlər kökəlmisən, arıqla, arıqlayanda deyirlər ki, pis yola düşmüsən?"

Bu sözləri "Zaurla Günaydın" verilişində müğənni Emil Bədəlov arıqlaması haqqında danışarkən deyib.

"Əslində, efirdə belə söhbətlər etməyi xoşlamıram. Novruz bayramında bağdaydıq. Həmin zaman diş implantı həyata keçirmişdim. Şəkil çəkdirən zaman diş sırasını bərpa edən qapağı çıxarmışdım. Saytlar şəkil barəsində xoşagəlməz sözlər yazmışdılar, lakin məsələnin nə yerdə olduğunu biləndə zəng edib üzr istədilər. Pis adam hər zaman pis görəcək", - deyə müğənni qeyd edib.
 

 

13:58 - 4 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin