Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun itkin düşdüyü bildirilib.
Axşam.az xəbər verir ki, "Səni axtarıram" verilişində Orxanın doğma anasının Xarici İşlər Nazirliyinə yazdığı məktub nümayiş edilib. Bildirilib ki, o, 2023-cü ilin oktyabrında məktub yazaraq, oğlunun itkin düşdüyünü və yardım istədiyini vurğulayıb.
Proqramda yer alan aparıcı Sərxan Kərəmoğlu isə Orxanla bağlı bəzi açıqlamalar verib. O, Orxanın ukraynada bir xanımla qeyri-rəsmi nikahda yaşadığını deyib:
"Ukraynada yaşadığı qızla gəlib Azərbaycanda yaşadı. Həmin qızla vətəndaş nikahından ayrılandan sonra Bakıya qayıtdı. Oradakı qızın da kim olduğunu bilirik".
Qeyd edək ki, Orxan Arifə adlı xanımla ailəli olub. İ.Quliyeva vəfat edəndən sonra onlar boşanıb. Cütlüyün bir oğul övladı var.