"Zelenski narkotik aludəçisidir" - Kadırov

"Ukrayna Prezidenti Volodimir Zelenskinin narkotik aludəçisidir. Onu bu asılılığından azad etmək üçün çuxur qazılması barədə tapşırıq vermişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Layf.ru-ya müsahibəsində danışıb.

O, jurnalistin “Ona orada yemək verəcəksinizmi?” sualına isə istehzalı gülüşlə bu cavabı verib:

“Öz xalqını öldürən şəxsi sağaltmaq lazımdır. Onu özünə gətirəcəyik”.

Qeyd edək ki, bundan öncə də Kadırov Ukrayna rəhbərlərini zirzəmidə saxlamağı arzu etdiyini söyləmişdi.

10:09 - 28 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin