Məşhur müğənni narkotikə görə saxlanıldı - FOTO

 Məşhur müğənni narkotikə görə saxlanıldı - FOTO

Türkiyəli məşhur müğənni Kalben Sağdıç İstanbulda keçirilən narkotik əməliyyatı zamanı saxlanılıb. 

Asayis.Az 
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, evinə baxış zamanı 15 qram narkotika aşkar edilən müğənni polis bölməsinə aparılıb.

Həmçinin, axtarış zamanı evindən 2 min avro, 730 dollar və 1500 lirə nəğd pul da tapılıb.

Hazırda İstanbul Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.



 

17:01 - 8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin