"Nömrəsini tez-tez dəyişənləri və ya heç kimə verməyənləri başa düşmürəm. Küçədə telefon nömrəmi kim istəyir verirəm. Guya, kimsə nömrəmi biləndə mənə nə edəcək? İstəmədim, narahat oldum, atacağam "qara siyahı"ya. İstəyirəm məni güdsünlər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Tarixin bir günü" proqramında deyib. Sənətçi telefon nömrələrini tez-tez dəyişən sənət adamlarını tənqid edib.
Seyidcahan adını açıqlamadığı aparıcı ilə yaşadığı qalmaqaldan danışıb:
"Bir aparıcı mənə deyir ki, siz gündəmdə deyilsiniz. Cavab verdim ki, yazıq, mənə gündəm lazım deyil. Sənət adamı tarixdə qalır, Gündəmi siz axtarırsınız.
İnsanın soyunması vacib deyil. Əsas odur ki, insan ifaları ilə soyundursun. Bir musiqini ifa edirsən, dinləyici musiqinin daxilinə girir və bundan sonra özünü geyindirə də bilər, soyundura bilər.
Tamaşaçılarımıza hər bir zaman sənət daha maraqlı olub".
Müğənni plastik əməliyyat etdirənləri tənqid edib:
"Əgər bacarırsansa, öz ifanla insanları soyundur. Soyunmaq fəlsəfi anlayışdır. İnsan pisliklərindən, dərrakəsindən, sevgisindən soyuna bilər. Bir şey nə qədər gizli qalarsa, o qədər maraqlı olur. Şəriətdə yazılıb ki, qadınlar əzalarını gizlətməlidirlər. Amma indiki nəinki gizlədir, üstünü doldurub, silkonları camaatın gözünə soxurlar. Axı silikon adamın ürəyini bulandırır, qaytarmaq istəyirsən".
Seyidcahan daha sonra aparıcı Elgiz Əkbərin verilişə qatılmaq üçün ona pul ödədiyini deyib:
"Mən kanallara lazımam. Elgiz də, Zaur da mənə pul verir. Efirində sənətimdən də danışır".
O, aparıcı Tarix Əliyevin "Elgiz sənə pul verir? Sənətindən danışır? Reytinq kimi istifadə edir" sualına "Niyə danışmayıb ki... Elgiz mənim solo konsertimi edib. Kimə nə lazımdır onu edir" cavabını verib.