Sinan Oğan İranın İsrailə hücumundan sonra gözləntilərini açıqladı

 Sinan Oğan İranın İsrailə hücumundan sonra gözləntilərini açıqladı

İranın İsrailə hücumdan sonra Türkiyənin prezidentliyə keçmiş namizədi Sinan Oğandan diqqətçəkən açıqlama gəlib.

Asayis.Az xəbər verir ki, bu barədə Oğan “X” hesabında paylaşım edib:

“Hökumətimizdən gözləntim şərq və cənub-şərq bölgələrimizdə dərhal fövqəladə vəziyyət elan etməsi, habelə, başda sərhəd bölgələrimizdə mümkün miqrasiyaya qarşı hazır və ehtiyyatlı olmaqdır”.

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub.

Bu gecə isə İrandan İsrailə cavab olaraq yüzlərlə ballistik raket və PUA-lar göndərilib

17:56 - 14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin