Əliyev İrəvanı və Sevanı yox, öz torpağını istəyir - Erməni deputat

 Əliyev İrəvanı və Sevanı yox, öz torpağını istəyir - Erməni deputat

Nikol Paşinyan niyə xalqı qorxudur ki, Tavuş ərazilərindəki kəndləri verməsək, müharibə olacaq.

Asayis.Az xəbər verir ki, bunu Ermənistan palamentinin deputatı Qaqik Melkonyan 24TV-yə müsahibəsində deyib.

"Zorbalıq nədir? Əgər həqiqət deyilirsə, bu terrordurmu? Azərbaycan bütün dünyada deyir ki, mənim torpağımı alıblar, verməsələr, zorla alacağam, xalqa həqiqətin olduğunu deyir”, - deyə Melkonyan bildirib.

"Sabah Azərbaycan İrəvan və Sevana iddia edib, mənim torpağımdır" deyəcək sualına deputat belə cavab verib: “İrəvan və Sevan Ermənistanın ərazisidir, o adam  (Azərbaycan Prezidenti İlham Əliyev nəzərdə tutulur-red) İrəvanı və Sevanı istəmir, o adam öz torpağını istəyir”, - deyə Qaqik Melkonyan bildirib. (Ölkə.az)

10:34 - 4 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin