"İki övlada baxmaq çox çətindir. 2 övlad bəsdir. Dayə olsa da özüm baxıram".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" verilişində deyib. İfaçı həyat yoldaşı Zakir Bayramovun "5 qız övladım olmasını istəyirəm" sözlərinə reaksiya verərkən deyib.
Z.Bayramov "Hərdən deyirəm ki, Seva, burax, sakitləş, amma etmir. Evdə 2 dayə var, bizimlə yaşayırlar. Çox çətindir, amma yaxşı insanlardır" sözlərini söyləyib.
Sevda həyat yoldaşının ona yazdığı mesajdan və onu "qara siyahı"ya atmasından danışıb:
"Yazıb ki, Seva üç ay ərzində 3 kiloqram arıqlamadın, öz işinlə məşğul olmursan, idmana getmirsəm. Uşaq 90, 120 yedi məşğulsan. Mən də atdım qara siyahıya. Axşam da çıxartdım".