Rusiyada deputat xarici agentlər siyahısına daxil edildi

 Rusiyada deputat xarici agentlər siyahısına daxil edildi

Rusiya Ədliyyə Nazirliyi Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Boris Vişnevskini xarici agentlər reyestrinə daxil edib.

Reyestrə həmçinin “Birinci şöbə” insan hüquqları layihəsi və hüquqşünas Vadim Proxorov da əlavə olunub.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, Vişnevski Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıb, həmçinin Proxorov kimi, digər xarici agentlərin materiallarının yaradılmasında iştirak edib, Rusiya hakimiyyətinin qərarları və siyasəti haqqında yalan məlumat yayıb.

“Mən bu statusdan şikayət edəcəyəm, bu, qanunsuz qərardır”, - deyə Vişnevski qeyd edib.

Həmçinin “Birinci şöbə”dən bildiriblər ki, onlar Ədliyyə Nazirliyinin qərarı ilə razı deyillər və etiraz etmək niyyətindədirlər.//Oxu.az

17:00 - 31 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin