Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Xəbər-ətər" proqramında deyib. Sənətçi bazarda bir kişinin on şər atmasından danışıb:
"Xalam bir dəfə bazarda gəzəndə görüb ki, bir kişi yanında balaca uşaq gəzir. Mənim haqqımda danışırmış ki, buna bax, uşağı atıb mənim üstümə, efirdə oxuyur. Heç onda uşağım yox idi. Guya, uşağım var, onun üstünə atmışam. Adama elə şər atırlar ki... Hər tip insan var. Bazarda bütün satıcılara elə deyirmiş".