"Ermənistan və Gürcüstanın Baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze Gürcüstanın Ermənistandakı səfirliyinin yeni binasına baş çəkiblər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan höküməti məlumat yayıb.
“Gürcüstan tərəfi binanı 2024-cü ildə alıb. İlk dəfədir ki, ölkənin Ermənistanda fəaliyyət göstərən səfirliyinin binası Gürcüstana məxsusdur. Bina digər diplomatik nümayəndəliklərin yerləşdiyi şəhərin mərkəzi hissəsindədir və vətəndaşların qəbulu, ofis və konfrans zalları daxildir. Bu, Ermənistanda Gürcüstana məxsus sayca 15-ci binadır”, - məlumatda deyilir.