Sevda Yahyayevanın adından dələduzluq edilir - FOTO

 Sevda Yahyayevanın adından dələduzluq edilir - FOTO

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilir.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bunu instaqram hesabında paylaşıb.

Yahyayeva izləyicilərinə müraciət edərək belə paylaşımlara aldanmamağa çağırış edib: 

“Mənim dəyərli izləyicilərim, əzizlərim! Bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”.

17:30 - 26 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin