Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.
Bu barədə açıqlanan rəsmi məlumatda deyilir.
Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılanlar respublikanın dövlət xadiminə sui-qəsd planlaşdırıblar.
Məlumatda qeyd olunur ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S. Məmmədov Z.İ. saxlanılıblar. Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan Əsgərov kriminal aləmdə statusa malikdir. Əsgərov dövlətin apardığı fəal mübarizə siyasətinə görə, ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlib.
Martın 22-də əməliyyat tədbirləri həyata keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.