"Martın 21-də axşam saatlarında Noyemberyan icmasının sərhədində yerləşən Voskevan kəndində iclas keçirilib”.
Asayis.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Oskan Sarkisyan deyib.
“Təxminən 40 dəqiqə davam edən görüşdə sakinlər yekdilliklə ərazilərin Azərbaycana birtərəfli qaydada verilməsinin əleyhinə olduqlarını bildiriblər ki, bu da Voskevan üçün də böyük problemlər yaradacaq. Voskevanlılar son çarə olaraq, Voskepar çayının qolu olan, Bağanisdən (Bağanıs Ayrım-red.) keçən çay boyu sərhədin müəyyənləşdirilməsini kompromis variant kimi qəbul etdilər. Sakinlər əllərində silahla sərhəd zonasını müdafiə etməyə hazır olduqlarını qətiyyətlə bildirdilər”.