Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya gedəcək, amma bir gün sonra 9 May Qələbə Gününə həsr olunmuş tədbirdə iştirak etməyəcək.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Qeyd olunub ki, hökumət başçısı Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün Moskvaya səfər edəcək.
“Tədbir mayın 8-də keçiriləcək. Mənbəmiz Paşinyanın hər il keçiriləcək 9 May Qələbə Günü tədbirlərində iştirak edəcəyini açıqlamayıb. Amma bizdə olan başqa məlumata görə, o cəmi bir neçə saat Rusiyada qalacaq, yəni axşam qayıdacaq. Ümumiyyətlə, Ermənistanla Rusiya arasında münasibətlərin hazırkı mərhələsinə baxsaq, Paşinyan çətin ki, Qələbə Gününə həsr olunmuş tədbirdə iştirak etsin”, - nəşr yazıb.
Qeyd olunub ki, Paşinyan və onun komandası bilərəkdən nümayişkaranə şəkildə Ermənistan-Rusiya münasibətlərini gərginləşdirir.