"Müğənnini verilişə divan boş qalmasın deyə çağırırlar. Bir də görürsən ki, 1 saatlıq efirə 5 müğənni dəvət ediblər. Allah ölənlərinə rəhmət eləsin, ikisini çağır, danışa bilsinlər, mahnı oxusunlar".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Xəbərin var?” verilişində deyib. O, proqramlarda ifaçılara hörmətsizlik olunduğunu bildirib:
"Aparıcı rejissorla danışır, ona deyirlər ki, 3 dəqiqəlik vaxt qalıb. Müğənnidən soruşur ki, 3 dəqiqəlik mahnın var? Efirə belə müğənni çağırarlar? Çağırana qədər 50 dəfə xahiş edib. Reklamlar olur, sponsorlardan danışır. Sual verir, amma fikri səndə deyil. Cavab verirsən, “hə” deyir. Sonra da deyirlər ki, müğənnilər efirə çıxmır. Belə dəvət etsəniz, gəlməz də...”.