Çıxışıları zamanı müxtəlif səhvlərə yol verən ABŞ Prezidenti Co Bayden Nevada ştatında seçki kampaniyası üçün keçirilən ianə toplantısında danışarkən Finlandiya və Norveçi qarışdırıb.
Asayis.Az xəbər verir ki, siyasətçinin nitqindən bir hissə ABŞ Respublikaçılar Partiyasının X sosial şəbəkəsində dərc olunub.
ABŞ lideri çıxışında 2023-cü ilin noyabrında ölkənin keçmiş dövlət katibi Henri Kissincerlə Rusiya və NATO haqqında necə danışdığını təsvir edib.
“O deyib ki, biz NATO-nu heç vaxt olmadığı kimi gücləndiririk. Biz Avropanı birləşdirdik, NATO və onun sərhədlərini İsveç və Norveçi də əhatə edəcək şəkildə genişləndirdik. O, sonra dedi ki, bu, dünyanı dəyişdi”, - Bayden onun sözlərini yanlışlıqla xatırlayıb.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Eyni zamanda, Norveç NATO-nun təsisçi ölkələrindən biri olub və uzun onilliklər ərzində təşkilatın üzvüdür. Norveç 1949-cu ildə yarandığı gündən alyansın üzvüdür.