Sosial şəbəkələrin Rusiya seqmentində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə oxşayan şəxsin videoları əsl şok effekti yaradıb.
SAVASH.ORG Rusiya mətbuatına istinadla xəbər verir ki, mərhum “vaqner”çiyə çox bənzəyən şəxs eynən Priqojinin səsi ilə videolar paylaşıb.
“Cəhənnəm məni qəbul etmədi, qisas almaq üçün qayıtdım” deyən bu adamın videosu Tik Tok platformasında sürətlə yayılmaqdadır.
Bu arada isə 2023-cü ilin avqustunda içərisində Priqojinin də olduğu güman edilən təyyarənin qəzaya uğradığı yerə dalğıclardan ibarət xüsusi qrupun göndərildiyi məlum olub. Ehtimal edilir ki, Rusiya xüsusi xidmət orqanları Priqojinin həqiqətən öldüyününü təsdiqləyən əlavə dəlillər tapmaq ümidindədirlər.