Bu ölkədə qadınlar da əsgər gedəcək

 Bu ölkədə qadınlar da əsgər gedəcək

Danimarka ilk dəfə olaraq qadınlara icbari hərbi xidmətin genişləndirilməsi və standart xidmət müddətinin artırılması planlarını açıqlayıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, Danimarka növbəti beş il ərzində müdafiə büdcəsini təxminən 6 milyard dollar artırmaq və qadınları hərbi xidmətə cəlb etmək istəyir.

Bundan əlavə, ölkə hakimiyyəti hərbi xidmət müddətini 11 aya qədər uzatmaq istəyir. 

Həmçinin, Danimarka rəhbərliyi ümumilikdə çağırışçıların sayını artırmağı planlaşdırır. 

Rəsmi statistikaya əsasən, hazırda Danimarka Silahlı Qüvvələrində 4,7 minə yaxın vətəndaş məcburi xidmətdədir.

Qeyd edək ki, hazırda çağırışçılardan dörd ay xidmət keçmək tələb olunur.

14:30 - 16 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin