Ərəbistan klubu ardıcıl 28 qələbə ilə dünya rekordu qırdı

 Ərəbistan klubu ardıcıl 28 qələbə ilə dünya rekordu qırdı

Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ardıcıl 28-ci qələbəsini qazanaraq futbolda ən uzun qələbə seriyasına malik komanda olub.

Asayis.Az
 xəbər verir ki, portuqaliyalı Xorxe Xesusun çalışdırdığı "Əl Hilal" AFC Çempionlar Liqasının 1/4 final mərhələsində "Əl İttihad"la üz-üzə gəlib. 

King Abdullah Sports City Stadionunda keçirilən qarşılaşmada 2:0 hesabı ilə qalib gələn "Əl Hilal" turnirin yarımfinalına yüksəlib və "Əl Ayn"la qarşılaşıb. 

Bütün yarışlarda ardıcıl 28-ci qələbəsini qazanan Səudiyyə Ərəbistanı təmsilçisi bu sahədə yeni rekordçu olub. 

Qeyd edək ki, bundan əvvəl Uels komandası “The New Saints” 2016-2017 mövsümündə ardıcıl 27 qələbə qazanmışdı. 
 

12:45 - 15 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin