Xalq artisti Faiq Ağayev növbəti etirafları ilə diqqət çəkib.
Asayis.Az Azxeber.com-a istinadən xəbər verir ki, "Göstərir radio” proqramına qonaq olan sənətçi pandemiya zamanı pulsuz qalmamaq və yanında çalışan şəxslərə məvacib vermək üçün qarajını satdığını açıqlayıb:
"Pul mənim üçün rahatlığın və müstəqilliyin vasitəsidir. Mən heç kimdən asılı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda kefim pozulur. Fikir edirəm. Pandemiya zamanı çox fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 3-4 ay idarə edim. O zaman yanımda çalışan insanlara hər ay maaş verirdim. Bu çox böyük stressdir”, deyə Ağayev bildirib.