Afrikanın Hind okeanındakı Pemba adasında dəniz tısbağası yeyən 78 nəfər xəstəxanaya yerləşdirilib, 8 nəfər ölüb.
Asayis.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, turistlərin çox bəyəndiyi dəniz tısbağası əti Pemba şəhərində ölümlərə səbəb olub.
Belə ki, zəhərlənmə səbəbindən 8 nəfər ölüb, 78 nəfər xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər xəstələrin hamısının dəniz tısbağasının ətini yediyini təsdiqləyib.